{description} page background image

Seysmik layihələndirmə və s.

Konstruksiyalar üçün zəlzələyə qarşı qoruma sistemi tətbiq edilərsə burdakı ilk addım bu sistemə uyğun layihələndirmənin edilməsidir. Zəlzələyə qarşı layihələndirmədə ənənəvi metodda üstünlük verilən üsul konstruksiyaların sərt layihələndirilməsidir. Yəni konstruksiya bütün zəlzələ, külək və s. kimi yükləri qarşılamaq üçün olduqca sərt layihələndirilir ki, bu yüklərə qarşı dözə bilsin. Ancaq müasir metodlarda, yəni bünövrədən izolyasiya, TMD və s. kimi həllərdə konstruksiya nisbətən yüngül layihələndirilir. Çünki, zəlzələnin və küləyin konstruksiyaya qarşı olan təsirlərini artıq seçilən metoddakı məhsul qarşılayacaq. 


Yəni, konstruksiyada bünövrədən izolyasiya metodu seçiləcəksə, konstruksiyanın üzləşəcəyi zəlzələ yüklərini dayaqlar (isolator) qarşılayacaq. Bu səbəbdən konstruksiya əvvəlki kimi sərt layihələndirilmir. Zəlzələyə qarşı müasir qoruma metodlarının tətbiqi zamanı, ortaya çıxacaq seysmik layihələndirmə işi ilə bağlı da ESDESCON MMC olaraq dəstək göstərməyə hazırıq.


Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!