{description} page background image

TMD

TMD sistemi (Tuned Mass Damper), yəni İnersiyalı Kütlə Damperi metodu hündür konstruksiyalarda, qüllələrdə, bayraq dirəklərində, baca tipli və s. konstruksiyalarda tətbiq edilir. TMD sisteminin tətbiq edildiyi layihələrin hündürlüyü əsasən 120 metrdən böyük olur. Ancaq əsas faktor konstruksiyanın hündürlüyünün en kəsiyinə olan nisbətidir. Maurer TMD sistemini ən sadə mexanizm ilə layihələndirməyə üstünlük verir. Bu amil həm montaj zamanı faydalı olur, həm texniki qulluğu rahat olur, həm də sistemin uzun müddətli və etibarlı işləməsini təmin edir.


Sistem konstruksiyanın tələblərinə uyğun müəyyən edilən kütlədən və onu konstruksiyaya bağlayan hidravlik qollardan ibarət olur. Maurer-in ölkəmizdə TMD sisteminin tətbiq etdiyi 3 layihəsi mövcuddur. Baku Tower, SOCAR Tower və Dövlət Bayrağı Meydanının Yeni Bayraq Dirəyi layihəsi. Hər biri ilə bağlı daha ətraflı məlumatı saytın “layihələrimiz” bölməsindən əldə edə bilərsiniz.

Bizimlə bağlı sualınız var?

Sorğunuzu təqdim edin

Peşəkar xidmətlərimizdən yararlanmaq istəyirsinizsə əlaqə məlumatlarınızı qeyd edin, sizə zəng edək!